Paytaxtın su tələbatı artır

Paytaxtın su tələbatı artır

2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,25 milyon m3 səviyyəsindən 1,8 milyon m3-dək yüksəlməsi ehtimal olunur.
 
Maide.Az "sputnik"ə istinadla xəbər verir ki, bu, "Bakı Şəhərinin Baş Planı 2040"-da əksini tapıb.
 
Layihəyə əsasən, su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarları və magistral su xətləri inşa ediləcək.
 
İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır.
 
 

Google+ WhatsApp ok.ru