Payızda qiymət artımı gözlənilir

Payızda qiymət artımı gözlənilir

"Exo" qəzetində "Azərbaycanda 2017-ci ilin sonu inflyasiyanın artacağı proqnozlaşdırılır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, ərzaq məhsulları Azərbaycanda həmişə yüksək qiymətə olub. Amma devalvasiyalardan sonra bahalıq özünü daha qabarıq şəkildə göstərməyə başlayıb:
"Əhali bir qiymətə alışmamış, mağazaya gəldikdə daha yüksək olan başqa qiymətlə rastlaşır. Bunda da təəccüblü bir şey yoxdur, idxaldan asılılıq var və qiymətlər dolların məzənnəsi ilə müəyyən edilir. Baxmayaraq ki, son vaxtlar manata münasibətdə dolların məzənnəsi sabit görünür. Bununla belə, qida məhsulları yenə də bahalaşmaqda davam edir".
 
Müəllifin gəldiyi nəticəyə görə, inflyasiya da kifayət qədər yüksəkdir. İnflyasiyanın birrəqəmli səviyyəyə salınması elə arzu olaraq qalmaqdadır.
 
Yazıda ekspertlərin apardığı araşdırmaya istinadən rəsmi rəqəmlərə də şübhə bildirilir:
"Araşdırmanın nəticəsi göstərdi ki, rəsmi statistika ilə 4 faiz fərq var. Bu ilin ilk 6 ayı ərazində inflyasiya reallıqda 18 faiz təşkil edib. Bu, ölkə üçün olduqca yüksək göstəricidir. Qiymətlər bahalaşmaqda davam edir, yalnız indi qiymətlərdə müəyyən sabitlik var. Bu da hökumətin dolların məzənnəsinin yüksəlməsini saxlaması ilə bağlıdır".
 
Qəzetə danışan ekspertlər təxmin edirlər ki, yaxın aylarda yenidən qiymət artımı müşahidə ediləcək. Nəticədə inflyasiyada artım baş verəcək:
"Yayın sonu, sentyabrda biz növbəti qiymət və inflyasiya artımının şahidi olacağıq. Bu da onunla bağlı olacaq ki, kənd təsərrüfatı məhsulları bazarlarda azalacaq, idxal malları yenə də ilk sıraya çıxacaq".
 
Ekspertlər deyiblər ki, 2015-ci ilin ilk fevral devalvasiyasından bu yana bəzi qida məhsullarının qiyməti, az qala, iki dəfə bahalaşıb... /

Google+ WhatsApp ok.ru