Payızda xəstələnməmək üçün nə yeməliyik?

Alma yemək payız fəslində son dərəcə əla təsirə malikdir, çünki  çətin keçən bu fəsldə sağlam qalmağınıza yardım edir.
Alma payız fəslinə xas olan başqa meyvələrlə müqayisədə, antioksidanlarla doludur və qida mənbələri ilə dolu zəngin bir mənbə sayılır.
Maide.az xəbər verir ki, əslində almanın tərkibində böyük miqdarda lif  və unikal bitki qida maddələri var və bu da qanda şəkər səviyyəsini tənzimləyir. Almalardan qəlyanaltı və ya yeməkdən sonra desert kimi istifadə edə bilərsiniz.
Balqabaq payız fəslində yeməli olduğunuz bitki növlərindəndir. Bu balqabaq A vitamininə çevrilən beta-karotenlə  zəngindir və tərkibində K vitamini, eləcədə bol miqdarda kalium var.
Bunu bilməniz maraqlıdır ki, balqabaq tumlarının çox kiçik və incə olmasına baxmayaraq, əslində müxtəlif qida maddələri ilə zəngin mənbə hesab olunur və tərkibində maqnezium, sink, dəmir, triptofan, omega-3 və vitamin E mövcuddur.
Bu tumları yemək qanda xolesterol səviyyəsinin azalmasına kömək edə bilər, hətta  beyində serotonin ifrazına səbəb ola bilər ki bu da insanlarda yüksək əhval-ruhiyyə yaradır və həddən artıq çox yemək həvəsini azaldır. Beləliklə, növbəti dəfə duzlu yeməklərə qarşı Sizdə kəskin istək yarandıqda, bir az balqabaq tumu yeyin. salamatnews/
 

Google+ WhatsApp ok.ru