Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb

Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb

Nəticələr DİM-in rəsmi internet səhifəsində yerləşdirilib
 
Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, mərkəzin martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 
 
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alıblar. /

Google+ WhatsApp ok.ru