Pekin: Amerika müdaxilə etmək əvəzinə qanunun aliliyinə hörmət etməlidir

Pekin: Amerika müdaxilə etmək əvəzinə qanunun aliliyinə hörmət etməlidir

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pekinin Honq Konqla bağlı siyasətini müdafiə edib və ABŞ-ı Çinin daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.   

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün Vaşinqton rəhbərliyini Çinin daxili işlərinə qarışmaqdan çəkindirməyə çağırıb:   

"Çin Honq Konq polis qüvvələrini vəzifələrini qanuna uyğun şəkildə yerinə yetirməsində qətiyyətlə dəstəkləyir və ABŞ-ı həqiqətə və qanunun aliliyinə hörmət göstərməyə və Çinin daxili işlərinə müdaxilədən çəkinməyə çağırır". 

 Qeyd edək ki, ABŞ Honq Konq etirazçılarına dəstəyini vurğulayıb və onları demokratiyanın müdafiəçisi adlandırıb.   / Eastnews.org / 

Google+ WhatsApp ok.ru