Pele “Avro-2016” üçün favoritini açıqladı

Dünya futbolunun canlı əfsanəsi Pele "Avro-2016" öncəsi favoritlərini açıqlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, İspaniya və İngiltərənin əsas favorit olduğunu bildirib

"İngiltərə millisində yeni oyunçular var. Onların finala çıxacaqlarına inanıram. Amma  Avropa çempionu olmaq İngiltərə üçün çətin olacaq. Əgər iki favorit seçməyimi istəyirsizsə, onda mən İspaniya və İngiltərənin adını çəkə bilərəm".

Qeyd edək ki, Pelenin indiyədək böyük futbol yarışları ilə bağlı verdiyi proqnozların demək olar, heç biri özünü doğrultmayıb. Buna görə də zaman-zaman mediada onun proqnozlarını ələ salan yazılar dərc edilib. /

Google+ WhatsApp ok.ru