Penitensiar Xidmətin 4 əməkdaşı işdən çıxarılıb

“Bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kobud qanun pozuntularına görə, 142 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 4 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib”.
 
APA nın məlumatına görə, bu barədə xidmətin 2015-ci ilin birinci yarısına həsr olunmuş müşavirədə bildirilib.
 
Müşavirədə bildirilib ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 103 litr spirtli içki, 180 mobil telefon, 142 qram müxtəlif narkotik vasitə aşkarlanıb və həmin faktlar üzrə toplanmış materiallar aidiyyəti orqanlara təqdim edilib./

Google+ WhatsApp ok.ru