Pensiya yeməyə çatmayanda...

Pensiya yeməyə çatmayanda...

"Exo" qəzetində "Azərbaycanda pensiyaların 80 faizdən çoxu qidaya sərf edilir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, Fransanın "Natixis" Maliyyə Korporasiyası illik qlobal pensiya indekslərini dərc edib. Amma Azərbaycanın adı tədqiq edilən ölkələr arasında yoxdur. Bu isə ölkənin pensiyaçılardan ötrü yaşamağa əlverişli olmaması ilə bağlıdır.
 
"Azərbaycanda 1.3 milyon nəfərdən bir az artıq pensiyaçı var. Onların bir hissəsi minimal pensiya alırlar. Bu da 150 manat deməkdir ki, 100 dollardan da azdır. Manatın devalvasiyasından sonra postsovet ölkələri arasında Azərbaycanda bu sahədə durum əhəmiyyətli dərəcədə pisləşdi",- deyə ekspert Natiq Cəfərli qəzetə bildirib.
 
N.Cəfərli xatırladıb ki, "Əmək pensiyaları haqqında" Qanuna polis və hərbçilərdən başqa, bütün kateqoriyadan olan şəxslərin əmək stajlarının artırılması ilə bağlı dəyişiklik edilib. Üstəlik, pensiya yaşı da artırılıb:
"Belə dəyişikliklər istənilən halda pensiyaçıların həyatına mənfi təsir edir. Rəsmi məlumatlara görə, Azərbaycanda pensiyaçılar pensiyalarının 80 faizini qidaya sərf edirlər. Reallıqda isə belədir ki, bəzən pensiyalar heç qidaya da yetərli olmur. Halbuki, inkişaf etmiş ölkələrdə bu rəqəm 12 faizdən yuxarı deyil".
 
Ekspert deyib ki, artıq pensiyalarla kommunal xidmətlər və dava-dərman haqda danışmaq isə yersizdir.
 
N.Cəfərli vurğulayıb ki, devalvasiyadan sonra ərzaq, tibbi preparatlar, kommunal xidmətlər bahalaşıb. Ancaq pensiyaların artımı bu bahalaşma ilə ayaqlaşmır. /

Google+ WhatsApp ok.ru