Pensiyaçıların hesabına qənaət qərarı

Pensiyaçıların hesabına qənaət qərarı

-- Müəllif deyir ki, bu vəsaitlə pensiyaçıların ancaq mövcudluğu mümkün olar, yaşamaları yox

"Novoye Vremya" qəzetində isə "Hesabladılar-izlədilər: pensiyaçıların hesabına qənaət etməyi qərara aldılar" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif bu yaxınlarda pensiyaların artırılması ilə bağlı məsələni gündəmə gətirərək müzakirəyə çıxarır və buna öz mövqeyini ifadə edir.
 
Yazı müəllifi deyir ki, Əmək və Soial Müdafiə Nazirliyi Dövlət Statistika Komitəsinə istinadən 2017-ci ildə maşaların 5,7% artmasını əsas tutaraq pensiayların sığorta hissəsini da 2018-ci ildə həmin faizə uyğun artırıb.
 
Müəllif isə 2017-ci ildə pensiyaların inflyasiyanın illik səviyyəsinə görə indeksasiyası prinsipindən imtina edilməsinin anlaşılmaz olduğunu vurğulayır və artıq 10 ildir ki, ölkədə pensiya islahatı getməsinə baxmayaraq, bunu Avropa ölkələrilə müqayisə belə etməyin mümkünsüzlüyünü bildirir.
 
"Xatırladaq ki, keçən il illik inflyasiya 12,9% səviyyəsində olub, ərzaq məhsulları 16,4% bahalaşıb və belə bir vəziyyətdə indeksasiya prinsipi bir kənara qoyularaq, əmək haqlarının artımı faizi ilə hesablayıblar. 2010-15-ci illərə nəzər salsanız görərsiniz ki, artımlar illik inflyasiyanın səviyyəsilə müqayisədə artırılıb", deyə müəllif artımın bu üslunu doğru saymır.
 
Yazı müəllifi deyir ki, keçən il orta aylıq maaş 5,7% artsa da inflyasiya bundan iki dəfə yüksək olub, bu isə o deməkdir ki, hətta işləyən əhalinin də maddi durumu pisləşib, amma, bununla belə, işləyənlərlə müqayisədə pensiyaçıların durumu daha da ağır olub: "Ölkə pensiyaçılarının çoxu daha yoxsul hala gələcək, yeri gəlmişkən, ölkədə minimum əmək haqqı yaşayış minimumuna belə bərabər deyil. Bu il yaşayış minimumu 173 manat, pensiyaçılar üçün 144 manat müəyən edilib, minimum pensiya isə 116 manatdır".
 
Müəllif deyir ki, bu vəsaitlə pensiyaçıların ancaq mövcudluğu mümkün olar, yaşamaları yox.
 
Müəllif vurğulayr ki, baxmayaraq, hökumət iqtisadiyyat sahəsində rifahdan, islahatların icrasında uğurlardan danışır, əslində isə heç də elə deyil: "İlbəil qiymətlərin artması kimi heç də sadə olmayan bir dövrdə məhz pensiyaçıların hesabına qənaət etmək qərarı verilib. Bu isə ilk növbədə Azərbaycan dövlətinin sosial dövlət mövqeyinə pis zərbədir", deyə müəllif bildirir.
 
Yazı müəllifi deyir ki, istənilən islahat əhalinin aztəminatlı hissəsinin və bunun böyük tərkib hissəsi olan pensiyaçıların durumunu pisləşdirməməli, əksinə, daha da yaxşılaşdırmalıdır, bizdə isə bunun tam əksidir.(contact.az)
 

Google+ WhatsApp ok.ru