Pensiyalar yeni üsulla artırılacaq - Nazirdən yeni açıqlama - VİDEO 07 Oktyabr 2017 01:00 Ölkə Növbəti ildən etibarən Azərbaycanda pensiyalar yeni üsulla artırılacaq. İl ərzində orta əmək haqqına ediləcək artımlar, növbəti il üçün pensiya artımının əsasını təşkil edəcək. Yeni sistem barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Nazir bildirib ki, yeniliyin tətbiqi üçün qanunvericiliyə bütün dəyişikliklər edilib. Pensiyalara artım baza yox, bütöv sığorta hissəsinə ediləcək. Səlim Müslümov 2018-ci ilin dövlət büdcəsi haqqında da məlumat verib. O bildirib ki, növbəti ilin büdcəsində sosial xərclər 3 hissədən ibarətdir. Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsindən ayrılan vəsaitlər sosail layihələrin tam icrasına kifayət edəcək. (Xezerxeber) Teqlər : #Pensiyalar yeni üsulla artırılacaq Nazirdən yeni açıqlama VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Şura Bakıda mitinq keçirdi - FOTO Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurlar