Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama

Pensiyaçı pulunu kartında nə qədər müddətdə saxlaya bilər? - Nazirlikdən açıqlama

Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.
 
Modern.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
 
R.Mehdilinin sözlərinə görə, yəni pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər.
 
O qeyd edib ki, DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir:
 
“Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriiliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirir”.
 

Google+ WhatsApp ok.ru