Pensiya təyinatı tam elektronlaşacaq

Pensiya təyinatı tam elektronlaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" (MEİS) yaradılacaq.
 
Azərbaycan prezidenti İlham Əliyevin əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə bu gün, sentyabrın 5-də imzaladığı fərmanda belə yazılır.
 
Vurğulanır ki, məqsəd vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək, ƏƏSMN-in strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır. (contact.az)

Google+ WhatsApp ok.ru