Pensiya yaşı artırıldı, baza hissəsi ləğv edildi

Pensiya yaşı artırıldı, baza hissəsi ləğv edildi

Prezident pensiya yaşının artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib.
 
Ölkə prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.
 
Qanuna 98 dəyişiklik təklif olunub.
 
Dəyilikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb.
 
Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib.
 
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. /

Google+ WhatsApp ok.ru