Pensiya yaşına necə çataq düşüncəsi

Pensiya yaşına necə çataq düşüncəsi

-- pensiya yaşına qədər yaşayıb-yaşaya bilməmək kimi bədbin əhval-ruhiyyə qeyri-rəsmi məşğulluğa səbəb olur.

"Novoye Vremya" qəzetində isə "Pensiyaya qədər necə yaşayaq?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, bir il öncə Azərbaycanda pensiya yaşı 65 yaşa qaldırılıb, çoxları bundan narazıdır, bu narazılıq bəzən açıq da bildirildi.
 
Amma müəllif vurğulayır ki, buna baxmayaraq, pensiyaya çıxmaq yaşının qaldırılmasını bu yaşa çatanların rifahı naminə olması kimi təqdim etdilər: "Burada ən ağrılısı bu idi ki, çoxları pensiya yaşına qədər yaşaya bilib-bilməyəcəyini düşünürdü və bu məsələ bu günlərdə Milli Məclisdə müzakirə edilib.
 
Müəllif deyir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Məşğulluq haqqında" yeni qanun layihəsinin müzakirəsi olub.
 
Müəllifin deməsinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev dünya əhalisinin 60%, Avropa İttifaqı əhalisinin isə 18-20%-nin qeyri-rəsmi məşğul olduğunu və bunu tamamilə aradan qaldırmağın mümkünsüzlüyünü deyib: "Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün addımlar atılır. Buna kompleks yanaşma, stimullaşdırıcı tədbirlər lazımdır. İnsanlar pensiya yaşı barədə yox, bu yaşa çatıb-çatmayacaqları barədə düşünürlər. Ona görə də rəsmi məşğulluqda maraqlı deyillər", nazir müavini belə deyib.
 
Müəllif hesab edir ki, qanun layihəsi rəsmi məşğulluğa, yəni, rəsmi işə və gəlirə malik olmağa şərait yaratmalıdır, amma hazırda elə bir şərait yaradılmayıb.
 
Müəllif deyir ki, işəgötürənlərlə muzdlular arasında əmək müqaviləsinin olmasının rəsmi məşğulluq sahəsində vəziyyətin yaxşılaşacağı düşüncəsini yaradırdı, amma görünən budur ki, bu, baş verməyib: "Boz məşğulluq" ölkə büdcəsinə, eləcə də işçilərin sosial durumuna fəlakətli dərəcədə pis təsir edir, "kölgə məşğulluğu" istənilən ranq məmur üçün "yem yeri"nə dönüb, çünki burada ucuz əməkdən istifadə edilir və bu mənada tikinti sektoru bunun şahididir".
 
Müəllifin deməsinə görə, burada qeydə alınmayan məşğulluqdan əsas xeyri işəgötürənlər və tikinti maqnatları əldə edirlər, onların varlanması pensiya ödənişlərindən "vacib olub", bu, həm də vətəndaşların yerli pensiya sisteminə inanmamasının göstəricisidir.
 
Müəllif nazir müavininin stimullaşdırıcı tədbirlər deməsində nəyi nəzərdə tutmasının aydın olmadığını bildirir və hesab edir ki, vətəndaşa layiq pensiyalar ən yaxşı stimullaşdırıcı ola bilər.
 
Həm də müəllif hesab edir ki, pensiya yaşına qədər yaşayıb-yaşaya bilməmək kimi bədbin əhval-ruhiyyə qeyri-rəsmi məşğulluğa səbəb olur.
 
Müəllif deyir ki, indiki pensiya həcmilə vətəndaşın sosial müdafiəsindən danışmaq mümkün deyil, çünki az pensiya yoxsulluğa, xəstəliklərə, nəticədə ölümə olan birbaşa yoldur.
 
Müəllif deyir ki, ölkədə rəsmi olaraq orta yaşın 75 il olduğu deyilir, amma bir çox ekspertlər bunun əleyhinə çıxaraq 65-70 yaş arasında olduğunu deyirlər və buna görə də vətəndaşların pensiya yaşına çata biləcəklərinə nikbin yanaşmırlar.
 
Müəllif deyir ki, əmək haqları yüksək olmalıdır, həm də sirr deyil ki, ölkədə kölgə iqtisadiyyatı və biznesinin dövriyyəsi ölkənin illik büdcəsinə bərabərdir.
 
Müəllifə görə, bu sahədə problemi həll etmədən qeyri-rəsmi məşğulluq probleminin həlli mümkünsüzdür, üstəlik vergi və gömrük qanunvericiliyi biznesin "kölgə"dən çıxmasını stimullaşdırmalıdır.
 
Yazı müəllifi hesab edir ki, ancaq bu halda qeyri-rsmi məşğulluq sahəsində vəziyyət köklü dəyişə bilər və "pensiyaya qədər necə yaşayaq?" sualı isə mənasını itirər.(contact.az)
 

Google+ WhatsApp ok.ru