Pentaqon: 'Əl-Tacidə yaralananların vəziyyəti ağırdır'

Pentaqon: 'Əl-Tacidə yaralananların vəziyyəti ağırdır'

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İraqda Əl-Taci bazasında yaralanan əsgərlərinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Maide.Az "deyerler.org"a Əl-Aləmə istinadən xəbər verir ki, Pentaqon bazar günü verdiyi açıqlamasında, Bağdadın şimalında yerləşən və xarici əsgərlərin olduğu Əl-Taci bazasına təşkil edilən hücumda üç amerikalı əsgərin yaralandığını, iki əsgərin vəziyyətinin isə ağır olduğunu qeyd edib.

 
Pentaqon, vəziyyəti ağır olan iki əsgərin Bağdad xəstəxanasına yerləşdirildiyini qeyd edib.  
 
Şənbə günü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi Əl-Taci bazasına 25 raket atılmışdı. Bundan 2 gün əvvəl də bu bazaya təşkil edilən hücumda iki amerikalı və bir britaniyalı hərbiçi həlak olmuşdu.

Google+ WhatsApp ok.ru