Pentaqon: İŞİD və Rusiya ABŞ üçün əsas təhdidlərdir

Pentaqon rəhbəri Eşton Karter İŞİD və Rusiyanın ABŞ üçün əsas təhdid olduğunu bildirib.
 
Maide.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə naziri Kaliforniyada hərbçilərin qarşısında çıxışı zamanı birinci yerə “İŞİD adlı eybəcər fenomeni” aid edib: “Biz onunla mübarizə aparmalıyıq və biz, əlbəttə ki, qalib gələcəyik”.   
 
“ABŞ üçün son bir ildə ikinci əsas təhdid  Rusiyanın apardığı siyasətdir. Biz bunun qarşısını almalıyıq. Bu həm bizim milli maraqlarımızdan, həm də bizim dünyanın bu hissəsində olan müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqlarından irəli gəlir, bundan əlavə, bizim NATO üzrə də öhdəliklərimiz var”, deyə Karter vurğulayıb.  
 
Nazir qeyd edib ki, “Rusiya rəhbərliyinin  Ukraynadakı hərəkətləri rusiyalıları yanlış istiqamətə aparır, çünki bu digər ölkələr ilə gərginliyi daha da artırır”.  
 
“Bu iki təhdid daha güclənib. Biz onlara müqavimət göstərməliyik”, deyə nazir qeyd edib. 

Google+ WhatsApp ok.ru