Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir

"Türkiyə İŞİD qruplaşmasına qarşı anti-terror əməliyyatlarına qoşulmalıdır".
 
Bunu mətbuat konfransında sualları cavablandıran Pentaqon rəhbəri Eşton Karter bildirib.
 
"Biz istəyirik ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə daha çox səy göstərsin. Sizin konkret sualınız Türkiyənin "beynəlxalq anti-terror" koalisiyasının hərbi hava əməliyyatlarına qoşulması ilə bağlı oldu. Türklər, prinsip etibarı ilə bunu etməyə razılaşıblar. İndi onlar anti-terror əməliyyatlarına qoşulmalı və onda iştirak etməlidirlər".
 
Karter bunu "ABŞ-ın Türkiyədən istəklərinin yalnız bir hissəsi adlandırıb və Türkiyənin bunu etməyə hazır olduğunu bildirib".

Google+ WhatsApp ok.ru