Pentaqon 120 mülki vətəndaşı öldürdüyünü etiraf etdi

Pentaqon 120 mülki vətəndaşı öldürdüyünü etiraf etdi

Pentaqon ABŞ-ın 2018-ci ildə keçirdiyi hərbi əməliyyatlarda 120 mülki vətəndaşı öldürdüyünü etiraf edib.

Bu barədə Pentaqonun hesabatında məlumat verilib. Söhbətin ABŞ-ın İraq, Suriya, Əfqanıstan və Somalidə keçirdiyi hərbi əməliyyatlardan getdiyi qeyd edilir.

ABŞ-ın Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda 40-dan artıq mülki vətəndaşın öldürlüdüyü bildirilib.

Bununla yanaşı, Pentaqon ABŞ hərbçilərinin Yəmən və Liviyada keçirdiyi hərbi əməliyyatlarda mülki vətəndaşların öldürüldüyünü təsdiq etməyib. Xatırladaq ki, Suriya ABŞ-ı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib. / eastnews.org /

Google+ WhatsApp ok.ru