Pentaqonun hesabatı: Çinli pilotlar ABŞ-ı vurmaq üçün təlim keçir

Pentaqonun hesabatı: Çinli pilotlar ABŞ-ı vurmaq üçün təlim keçir

Pentaqon tərəfindən hazırlanan hesabatda, Çinli pilotların uzun mənzilli bombardman təyyarələrlə ABŞ-a qarşı əməliyyatlara hazırlandığı bildirilir.
 
Maide.Az "mynet.com"a istinadən xəbər verir ki, hesabatda, uzun mənzilli bombardman təyyarə donanmasını genişləndirən Çinin, bu təyyarələri idarə edən pilotları ABŞ-a qarşı əməliyyatlar üçün hazırladığı qeyd edilir.
 
"Son üç ildə Çin Xalq Qurtuluş Ordusu xaricdən gətirilmiş bombardman təyyarə donanmasını böyük həcmdə genişləndirdi, kritik dəniz bölgələrində təcrübə qazandı və ABŞ-la müttəfiq hədəflərə qarşı təlim keçirməsi mümkündür " deyə qeyd edildi.
 
Bu il hazırlanan hesabatda, Çinin uzun mənzilli bombardman təyyarələrini nüvə silahı daşımaq üçün təkmilləşdirdiyi də iddia edilir.
 
Çin rəhbərliyinin, ordunun modernləşdirilməsi üçün əhəmiyyətli addımlar atdığı bildirilir.

Google+ WhatsApp ok.ru