Pentaqon və ABŞ ordusu terror təşkilatları siyahısına daxil edildi

Pentaqon və ABŞ ordusu terror təşkilatları siyahısına daxil edildi

İran Parlament general Qasım Süleymaninin öldürülməsindən sonra ilk cavab addımını atıb.
 
Maide.az xəbər verir ki, “Tasnim” agentliyi İran Parlamentinin ABŞ Müdafiə Nazirliyini (Pentaqon) və ABŞ ordusunu terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul etdiyini yazıb.
 
Bununla İranın intiqam hədəfləri sırasına Pentqaon rəsmilər və ABŞ-ın ordu rəhbərləri də daxil edilib.
 
Parlamentdə keçirilən iclasda iştirak edən 233 deputatın hamısı bu təcili qanun layihəsinin lehinə səs veriblər.  Əvvəlcə səsverməyə qoyulan qanun layihəsi, sonrakı mərhələdə təfərrüatları ilə səsvermə yolu ilə təsdiqlənib. Parlamentarilər qanun layihəsini qəbul etdikdən sonra “Məhv olsun Amerika” şüarlarını səsləndiriblər.
 
ABŞ-ın İranın İnqilab Keşikçilərini “terror təşkilatı” olaraq elan etməsinə cab olaraq qəbul edilən qisas planı aşağıdakı kimidir:
 
1. ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) və bütün əlaqəli təşkilatlar və birliklər terrorçu kimi tanınır və İrandakı İslam İnqilabı Keşikçilərinə qarşı hər hansı bir hərbi dəstək terror aktı hesab olunur.
 
2. İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır.
 
3. İran İslam Respublikası və Silahlı Qüvvələri ABŞ-ın İranın maraqlarına qarşı fürsətlərdən istifadə etməməsi üçün lazımlı tədbirlər görməlidir.
 
4.İranın Kəşfiyyat Nazirliyi ABŞ Mərkəz Qüvvələr (CENTCOM) Komandanlığı və buna bağlı bütün təşkilatların komandir siyahısına iddia açmaq üçün təqdim etməlidir.
 
5. İran İslam Respublikası İnqilab Keşikçiləri ilə əməkdaşlıq edən və beləcə zərər görən bütün həqiqi və hüquqi şəxslərə qanuni olaraq dəstək verilməlidir.
 
6. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından və digər imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır.
 
7. İran ABŞ-ın İnqilab Keşikçilərini terrorçu elan etməsini müdafiə edən ölkələrədən qarşı qisas ala bilər.
 
8. ABŞ-ın qərarını müdafiə edərək, İnqilab Keşikçiləri xidmət təqdim etməkdən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır.
 
9. İran İslam Respublikası ABŞ-ın İnqilab Keşikçilərinə qarşı çıxmasına və beynəlxalq təşkilatlarla məsləhətləşməsinə etiraz edərək, İranın müdafiə qurumlarının suverenliyini pozan ABŞ qərarını poza bilər.
 
10. İran Plan və Büdcə Komissiyası bu qanunun icrası üçün lazım olan maliyyə mənbələrini hər il təmin etməlidir.
 
11. Dövlət parlamentdə araşdırılması üçün hər dörd ayda Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına bir hesabat təqdim etməlidir.
 
12. İran Kəşfiyyat Nazirliyi qanuna dair qərarla əlaqəli şəxslərin adlarını müəyyənləşdirməlidir.
 
13. Silahlı Qüvvələrin bütün vəzifələri Baş Qərargahlığın əmrləri ilə yerinə yetirilməlidir.
 
14. Bu qanun qəbul edildikdən sonra qüvvəyə minir. 

Google+ WhatsApp ok.ru