Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu ehtimal edilir.
 
Hazırda Perunun Hərbi Hava Qüvvələri zəhərlənən insanları İka şəhərində yerləşən xəstəxanaya çatdırır.
 

Google+ WhatsApp ok.ru