Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48-ə çatıb

Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48-ə çatıb

-- içərisində 50 sərnişinin olduğu avtobus 100 metr hündürlükdən uçuruma aşıb

Peruda yük maşını ilə sərnişin avtobusun toqquşması nəticəsində azı 48 nəfər ölüb.
 
Maide.Az bildirir ki,  bu barədə RİA "Novosti" yerli yol polisinin nümayəndəsi Dino Eskuderoya istinadən məlumat yayıb.
 
Hadisə paytaxt Limadan 70 km məsafədə, "İblisin döngəsi" adlı aşırım ərazidə baş verib. Toqquşmadan sonra içərisində 50 sərnişinin olduğu avtobus 100 metr hündürlükdən uçuruma aşıb.
 
Hadisənin baş verdiyi ərazinin az qala əlçatmaz yerdə olduğundan xilasetmə işləri ləngiyir. 
 
 
 

Google+ WhatsApp ok.ru