Peruda yeni prezident seçildi

Peruda yeni prezident seçildi

Solçu radikal “Azad Peru” Partiyasının nümayəndəsi Pedro Kastilyo Peruda keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.
 
Maide.az  "modern.az"a istinadla xəbər verir ki,  bu, ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən dərc edilmiş məlumatlarda öz əksini tapıb.
 
Belə ki, bülletenlərin 99,2%-i hesablanıb. Kastilyoya 8 800 081 (50,198%) seçici, onun rəqibi - “Xalq gücü” Partiyasından namizəd Keyko Fuhimoriyə isə 8 730 535 (49,802%) seçici səs verib. Səsvermə hüququna malik vətəndaşlardan 25%-dən çoxu (6,3 milyon) seçki məntəqələrinə gəlməyib.
 
Seçilmiş prezident vəzifəsinin icrasına iyulun 28-də başlayacaq. Onun səlahiyyət müddəti beş il təşkil edir.
 
Daha əvvəl K.Fuhimori Peruda keçirilmiş prezident seçkilərinin ikinci turunda pozuntuların baş verdiyini bəyan etmişdi.
 
Ötən gün Monqolustanın yeni Prezidentinin adı məlum olub.
 

Google+ WhatsApp ok.ru