Peskov Türkiyə əsgərlərinin ölmə səbəbini açıqladı

Peskov Türkiyə əsgərlərinin ölmə səbəbini açıqladı

Rusiya Prezident Adminstrasiyasının mətbuat katibi Dimitri Peskov Türkiyə əsgərlərinin Suriyada öldürülmələrinə münasibət bildirib.

 
Dimitri Peskov açıqlamasında bildirib ki, Türkiyə əsgərlərinin hamısı nəzarət məntəqəsindən kənarda öldürülüblər.
 
"Nəzarət məntəqələri olan yerlərdə əsgərlərdən heç kim nə ölmədi, nə də ki yaralandı. Ölənlərin hamısı terrorçularla birgə olan əsgərlər idi. Biz dəfələrlə Türkiyə tərəfinə terrorçuların yanına əsgərlərin göndərilməməsini istəsək də buna qulaq asmadılar", - Dimitri Peskov diqqətə çatdırıb.
 
O, qeyd edib ki, Türkiyə Rusiya əsgərlərinin orada olması barədə məlumat verməyib. /Eastnews.org/

Google+ WhatsApp ok.ru