Petrosyanın ölümünə narahat olan ölkə girovlarımızla bağlı səsini çıxarmır 22 Avqust 2014 01:00 Hərb Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində əsir düşən və qəflətən ölən erməni diversant Karen Petrosyan haqqında bəyanat yayıb. Maide.az-ın "Tert.am" saytına istinadən verdiyi məlumata görə, XİN-in mətbuat katibi Romen Nadal bildirib ki, Fransa Karen Petrosyanın ölümünə görə dərin narahatlıq hissi keçirib. "Fransa Karen Petrosyanın ailəsinə baş sağlığı verir. Biz Azərbaycanı onun ölüm səbəbini aydınlaşdırmağa və meyitini qaytarmağa çağırırıq", - deyə Nadal bildirib. Erməni diversantın ölümünə görə narahat olan Fransa Kəlbəcərə valideynlərinin qəbrini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər tərəfindən girov götürülməsinə və Həsən Həsənovun öldürülməsinə heç bir reaksiya verməyib. Bu günə qədər Fransa sadə Azərbaycan vətəndaşı Həsən Həsənovun ölüm səbəblərinin aydınlaşdırılması, onun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırış etməyib. Qeyd edək ki, avqustun 7-də Azərbaycan əsgərləri cəbhə xəttini keçmək istəyən 4 erməni diversantından üçünü məhv etmişdi. Karen Petrosyan isə əsir götürülmüşdü. Lakin avqustun 8-də erməni diversant qəflətən ölmüşdü. Teqlər : #Petrosyanın ölümünə narahat olan ölkə girovlarımızla bağlı səsini çıxarmır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda döyüşə yararlı silahlar məktəblərdən yığılır Atəşkəs yenidən pozulub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'