Pew Araşdırma Mərkəzi dünya əhalisinin dindarlıq səviyyəsi ilə bağlı araşdırmasının nəticəsini açıqlayıb

Pew Araşdırma Mərkəzi dünya əhalisinin dindarlıq səviyyəsi ilə bağlı araşdırmasının nəticəsini açıqlayıb

-- Asiya dövlətlərinin yarı faizi dindardır

ABŞ-da mənzillənən Pew Araşdırma Mərkəzi dünya əhalisinin dindarlıq səviyyəsi ilə bağlı araşdırmasının nəticəsini açıqlayıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırmaya əsasən bu göstərici Nigeriyada 92, İranda 87, ABŞ-da 55%,  Kanadada 25, Meksikada isə 40 faizdir.
 
Bundan başqa, Çilidə əhalinin 39 , Paraqvayda 82, Braziliyada 61 faizi dindardır.
 
Kanada əhalisinin 25 faizi dinlə məşğul olduğu halda, Meksikanın 40 faizi  hər gün həyatlarını dua və ibadətlə keçirirlər.
 
Avropa ölkələrində isə bu rəqəmlər olduqca aşağıdır.
 
Belə ki, ən dindar ölkə olan Yunanıstanın cəmi  30 faizi ibadətlə məşğuldur. İspaniya 23 faiz, Norveç 18, İsveçrə 11,  Fransa 10, Almaniya 9, İngiltərə 6 faiz dindarlıq göstəricisi ilə növbəti yerlərdə durur.
 
Afrika qitəsində isə vəziyyət tam fərqlidir. Bu qitədəki ölkələrin dindarlıq faizi odduqca yüksəkdir. Belə ki, 95 faizlə Nigeriya ilk pillədə yer tutub. Misir 72, Uqanda 66, Efiopiya 65, Cənubi Afrika isə 52 faizlə növbəti sıralarda yer tutur.
 
Asiya dövlətlərinin isə yarı faizi dindardır. İran əhalisinin 87 faizi gündəlik həyatını dua və ibadətlə keçirtməklə  birinci yerdə durur.  İndoneziya 84 faiz, Hindistan 75, Pakistan 67, Türkiyə 60 faizlə növbəti yerdə dururlar.
 
Yaponiyanən 33, Rusiyanın 18, Çin xalqının isə cəmi 1 faizini dindarlar təşkil edir.
 
Sakit Okeanda Avstraliya əhalisinin 18 faizi gündəlik həyatlarını  dua və ibadətlə keçirdirlər.

Google+ WhatsApp ok.ru