PEW Mərkəzi: “ABŞ müsəlmanları Trampa baxmayaraq, gələcəyə ümidlidirlər”

PEW Mərkəzi: “ABŞ müsəlmanları Trampa baxmayaraq, gələcəyə ümidlidirlər”

PEW Araşdırma Mərkəzi ölkədə yaşayan 1001 müsəlmanla ingilis, ərəb, fars və urdu dillərində danışıqlar nəticəsində, ABŞ-dakı müsəlmanların dörddə üçünün prezident Donald Trampı düşmən hesab etdiyini müəyyənləşdirib.
 
Araşdırmada iştirak edənlərin 62%-i noyabr ayındakı seçkilərdən sonra, müsəlmanlar və miqrantlara qarşı düşmənçilik səylərinə baxmayaraq, amerikalıların müsəlmanlara düşmən gözü ilə baxmadığını qeyd edib.
İştirakçıların 50%-i son bir ildə inamsızlıq və alçalma kimi ayrı-seçkilik rəftarlara məruz qaldıqlarını, hicablı qadınlar kimi, müsəlman kimlikləri zahirdə bilinənlərin 64%-nin də bu cür ayrı-seçkiliyə məruz qaldıqlarını söylədikləri bildirilib.
 
Digər tərəfdən, iştirakçıların təxminən yarısı son 1 ildə qeyri-müsəlmanlardan cəsarətləndirici sözlər eşitdiyini, 70%-i də ümidini qoruduğunu və çox çalışaraq qarşıdakı illərdə Amerikada uğur əldə edəcəklərinə inandığını qeyd edib.
 
ABŞ-da yaşayan müsəlmanların sayının hər il 100 min nəfər artdığına diqqəti çəkən PEW tədqiqatçıları, bunun ABŞ əhalisinin 1%-nə (3,35 milyon) çatdığını bildiriblər. Mütəxəssislər ABŞ-a ən çox miqrasiya edən müsəlmanların, Pakistan, Hindistan, Banqladeş, İran, İraq, Afrikadakı Səhra altı ölkələrdən və Avropadan gəldiyini qeyd edib.(deyerler)

Google+ WhatsApp ok.ru