PEW Araşdırma Mərkəzi:2050-ci ildə İslam dini dünyanın birinci dininə çevriləcək

PEW Araşdırma Mərkəzi:2050-ci ildə İslam dini dünyanın birinci dininə çevriləcək

 ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən biri olan PEW Araşdırma Mərkəzi yeni hesabatında bildirib ki, İslam dini  dünya dinləri arasında ən tez yayılan dindir. 
 
Maide.Az xəbər verir ki, mərkəzin hesabatında bildirilir ki, İslam dini 2050-ci ildən az sonra dünyada ən çox tərəfdarı olan dinə çevriləcək və xristianlıqdan önə keçəcək. 
 
Hesabata əsasən, 2010-cu ildə dünyada müsəlmanların sayı 1.6 milyard nəfər olub ki, bu da dünya əhalisinin 23 faizi deməkdir.  Həmin ildə dünyada xristianların sayı isə 2.2 milyard nəfər olub ki, buda  dünya əhalisinin 31 faizini təşkil edirdi.  
 
PEW Araşdırma Mərkəzinin hesabatına görə, 2050-ci ildə hər iki dinin tərəfdarları bərabərləşəcək və 2050-ci ildən az sonra İslam dini dünyanın birinci dininə çevriləcək. 
 
Mərkəzin hesabatına görə, bunun səbəblərindən biri müsəlman ailələrində xristianlarla müqayisədə çox uşaqlılığa meyilliyin olmasıdır. 
 
Hesabatda bildirilir ki, müsəlmanların cəmiyyəti xristianlarla müqayisədə daha gəncdir.  
 
Həmçinin bildirilir ki,  2050-ci ilədək  Avropa əhalisinin  10 faizdən çoxunu müsəlmanlar təşkil edəcək. 
 
Hazırda müsəlmanlar Amerika əhalisinin 1 faizini təşkil edir, lakin bu rəqəm 2050-ci ildə 2.5 faizə qədər artacaq. 
 
Hesabata əsasən, hazırda dünyanın ən çox müsəlmanı yaşayan ölkə İndoneziyadır, 2050-ci ildə Hindistanda müsəlmanların sayı artacaq və bu ölkə müsəlman əhalisinə görə lider ölkə olacaq. 2050-ci ildə Hindistanın əhalisinin 18 faizini  (310 milyon nəfərini) müsəlmanlar təşkil edəcək.
 

Google+ WhatsApp ok.ru