Pew Research Center: 2050-ci ilədək İslam dini dünyada daha geniş yayılacaq

Pew Research Center: 2050-ci ilədək İslam dini dünyada daha geniş yayılacaq

 
Amerikanın Vaşinqton şəhərində yerləşən “Pew Research Center“ dünyada dinə bağlılıqla bağlı araşdırmasını açıqlayıb. 
 
Maide.Az “insidermonkey” xəbər saytına istinadən məlumat verir ki, mərkəz dini dəyişiklikləri gələcəkdə iki istiqamətdə baş verəcəyini açıqlayıb:  2050-ci ilədək İslam dini dünyada daha geniş yayılacaq və dinsiz insanların sayı getdikcə azalacaq. 
 
Pew Research Centerin  proqnozuna görə, 21-ci əsrin sonuna kimi dünya əhalisinin 35 faizini müsəlmanlar təşkil edəcək.  
 
Müsəlmanların sayının artmasında iki əsas səbəb: 
 
Çox uşaqlılıq və  orta yaşlı nəslin az olması 
 
Müsəlmanlar dünyada doğum nisbətinə görə irəlidədirlər (3,1 faiz). Orta yaş həddi müsəlmanlar arasında 23 yaşdır. Yəni qeyri-müsəlmanlarla müqayisədə 7 il gəncdirlər. 
 
 
İslam dininin daha geniş yayılacağı ölkələr:
 
Asiya-Sakit okean regionu
Hindistan: Müsəlmanlar daha çox (60 faiz)  Asiya və Sakit okean bölgəsində məskunlaşacaqlar. Hindistanda müsəlmanların sayı hazırda dünyada ən çox müsəlman cəmiyyəti olan İndoneziyadan daha çox olacaq. Əlbətdə bu Hindistanda islami hökumətin olacağı anlamında deyil. Çünki 2050-ci ilədək Hindistanda müsəlmanların sayı 313 milyon nəfərə çatacaq. Həmin vaxt isə Hindistan əhalisinin sayı 1 milyard 300 milyon təşkil edəcək. 
 
 
Makedoniya, Nigeriya və Bosnia:
"Pew Research Center"in proqnozuna əsasən bu üç ölkədə 2050-ci ilədək müsəlmanların sayı Makedoniyada 56,2 faiz, Nigeriyada 58 faiz, və Bosniyada 49 faiz təşkil edəcək. 
 
 
Amerika: 
Amerika əhalisinin hazırda 1 faizini müsəlmanlar təşkil  edir. Bu ölkədə Yəhudi dininin davamçılarının sayı xristianlardan sonra ikincidir. 2050-ci ilədək müsəlmanların sayı yəhudilərdən daha çox olacaq. 
 
 
Mərkəzin məlumatına görə, dünyada 50 ölkə var ki, həmin ölkədə əhalisinin 50 faizini müsəlmanlar təşkil edir və İslam dini ən geniş yayılmış dindir. 
 
Onlardan İndoneziya (304,847, 000 müsəlman), Pakistan (178,097,000 müsəlman), Hindistan (177,386,000 müsəlman), Banqladeş (148,607,000 müsəlman), Misir (80 milyon), Nigeriya (75 milyon), İran (78 milyon), Türkiyə (76 milyon) və digər ölkələr. 
 
Bəzi ölkələrdə müsəlmanların sayı ölkə əhalisinin 99 faizini təşkil edir. Onlardan Mərakeş (99.6 faiz), Əfqanıstan (99.8 faiz), Tunis (99.8 faiz) və digər ölkələrin adını qeyd etmək olar.
 
Həmçinin onu da qeyd edək ki, müsəlmanların böyük əksəriyyəti Avropa ölkələrində, Hindistan, Rusiya və Çində yaşayır.
 

Google+ WhatsApp ok.ru