Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

İmam Sadiq (ə) buyurur:
“Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”



PEYĞƏMBƏRLƏRİN MƏSUM VƏ PAKLIĞININ ƏSASI-1

-- Peyğəmbərlər ruhi və mənəvi cəhətdən fövqəladə iman gücü...

Tarix : 14-04-2018 14:29

SUAL: Peyğəmbərlərin məsum, pak olmasının səbəbi nədir? Bu məsumluq Allahdandır, yoxsa onlar öz əməllərinin sayəsində bu məsumluğu əldə etmişlər?

CAVAB: Peyğəmbərlərin məsumluğu, paklığı (günah, xəta və səhvdən uzaq olması) onların mənəvi və ruhi kamilliyindən qaynaqlanır. İnsanların yaxşı və pis əməllərinin onların ruhi və mənəvi halından doğması şübhə doğurmur. Allah və məada inamsızlıq, cəhalət və azğınlıq meyllərinin tüğyanı kimi çirkin hallar çaşqınlıq, günah və fəsadın mənşəsi olur. Elm və bilik, iman və meyillərin tarazlığı, təqva və pəhrizkarlıq gücü insanı günahdan çəkindirib saleh əməllərə sövq etdiyi kimi, ruhi çirkinliklər də insanı günaha yönəldir.

Peyğəmbərlər ruhi və mənəvi cəhətdən fövqəladə iman gücü, geniş elm və biliyə malik olmuşlar. Bütün səbəblərdən daha çox bu iki amil onların vücudunda günah və azğınlığın qarşısını almışdır. Günahın çirkinliyindən və onun acı nəticəsindən tam şəkildə agah olan, eləcə də, günah amillərinin qarşısında dayana biləcək iman və pəhrizkarlığı olan insan heç vəchlə günaha bata bilməz.

İndi sual oluna bilər ki, insan məsumluğunun, günahsızlığının təminatçısı olan bu ruhi hal peyğəmbərlərin vücudunda haradan və necə peyda olmuşdur? Nəzərdən qaçırmamalıyıq ki, belə bir ruhani kamilliyin peyda olmasında bir neçə amil var:

1. İrsiyyət;

Biologiya elmində sübut olunur ki, bir çox fəzilət və kamillikləri əldə etmək istedadı və hazırlığı, hətta xüsusiyyətlərin də bir çoxu insana irsiyyət yolu ilə, nəsildən nəsilə ötürülür. Ümumiyyətlə, peyğəmbərlər pak və saf nəsildən olan ailələrdə doğulmuşlar. Bu nəsillərdə kamillik və fəzilətlər zaman ötdükcə möhkəmlənmiş və irsiyyət qanununa əsasən nəsildən nəsilə verilmişdir. Bu mühüm gerçəkliyə bir çox hallarda tarix özü şahiddir. Tarixdən bəllidir ki, həzrət Peyğəmbər (s) köklü bir ərəb tayfası olan, Qüreyş tayfasının ən şərəfli qolu olan Bəni-Haşim qolunda anadan oldu. Bu nəsil öz doğruluğu və düzlüyü, şücaəti, qonaqpərvərliyi, qeyrəti, ədaləti, paklığı və əmanətdarlığı ilə məşhur idi. Ona görə də, ərəb qəbilələri arasında bu qəbiləyə xüsusi bir hörmət göstərilirdi. Həzrət Peyğəmbərin (s) tarixdə adı qeyd olunmuş babaları, ümumiyyətlə, hörmətli, şərif və imanlı insanlar olmuşlar. Bəli, irsiyyət məsələsi peyğəmbərlərin ruhi kamillik əldə etməsi üçün xüsusi bir hazırlıq və itedad şəraiti yaratmışdır. Fəzilətlərin əldə olunmasında ali və ruhani kimi səbəblərlərlə bir sırada dayanan irsiyyət səbəbi çox mühüm bir yer tutur.

2. Ruhi fəzilət və kamilliyin tərbiyə yolu ilə ötürülməsi;

Peyğəmbərlərdə ruhi kamilliyin peyda olmasının ikinci amili tərbiyədir. Peyğəmbərlər sülaləsindəki bir çox kamillik və fəzilətlər tərbiyə yolu ilə ötürülmüşdür. Bu amil irsiyyət istedadını daha da təkmilləşdirir və onlar öz nəsillərində kamil, imanlı, huşlu, zəkalı və şücaətli fərdlər yetişdirirlər.

3. Bir sıra qeyri-müəyyən amillər;

Psixologiya və biologiya elmləri insanın ruhi şəxsiyyətinin formalaşmasının təhqiqində ünsiyyət və tərbiyədən əlavə, bir sıra qeyri-müəyyən amillər silsiləsi ilə rastlaşmışlar. Bu amillər bəzən nütfə zərrələrindəki genlərə xüsusi təsir göstərir və onlarda bir çox fövqəladə ruhi hal və qüvvələr hərəkətə gətirir. Bir qrup psixoloq və bioloq bu fikirdədir ki, bu amillər nütfədə baş verən sıçrayışlardan ibarətdir və bu sıçrayışlar fövqəladə bir haldır. Bu hal onlara ruhi baxımdan xüsusi imtiyazlar verir.

4. Allahın xüsusi bəxşişi;

Yuxarıda qeyd olunmuş üç amildən əlavə, digər bir mühüm amil də vardır. Bu amil Allahın peyğəmbərlərə xüsusi bəxşiş və ətasıdır. Qeyd olunmuş amillər məsum şəxsə Allahın xüsusi diqqətini qazanmaq imkanı verir. Bu ilahi bəxşiş sayəsində insan vücudunun ruhi qüvvələri güclənir və daha təsirli olur.

Bu bəxşiş insanın ruhi kamilliyini gücləndirir və ona yeni kamilliklər əlavə edir. Allahın bu xüsusi lütfü peyğəmbərlərin imanını, elmini və bəsirətini gücləndirir. Məsumların vücudunda günahın qarşısını alan əsas səbəblər güclü iman və fövqəladə bilikdir. Beləcə, müxtəlif amillərin cəm olması səbəbindən məsum şəxs günaha batmaqdan və azğınlıqdan amanda qalır. Çox maraqlıdır ki, məsum şəxs bütün mərhələlərdə iradə azadlığına malik olur və onun məsumluğu, paklığı tam öz ixtiyarındadır.

Bu hissənin əhatəli izahını, inşallah, növbəti məqalədə oxuyacaqsınız. Onu da qeyd edək ki, yuxarıda deyilənlər Əhli-beyt imamlarına münasibətdə də qüvvədədir. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəlliflər: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.131-134.)

(Maide.Az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:53
12:39
19:41
23:55
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-04-2018 05:46