Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir

Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir

-- Serialı “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri çəkir

İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir. 
 
Maide.Az “jamnews”-a istinadən xəbər verir ki,  hazırda seriyalın çəkilişi üçün hazırlıq işləri gedir. Belə ki, serialın ssenarisi yazılıb. Serialın çəkiliş aparılacağı bölgələr müəyyən olunub və yaxın 2-3 ay ərzində  serialın çəkilişlərinə start veriləcəyi bildirilir. 
 
Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış  kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkiləcək. 
 
Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi  və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən -  bəhs edilir. 
 
40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq. 
 
Çəkilişlərin İsfahan əyalətində aparılacağı bildirilir.

Google+ WhatsApp ok.ru