Peyğəmbərin (s) rehləti münasibətilə 84 tonluq əriştə şorabası bişirilir

Peyğəmbərin (s) rehləti münasibətilə 84 tonluq əriştə şorabası bişirilir

Peyğəmbəri Əkrəm Muhəmməd Mustafanın (s) rehləti münasibətilə Şirazda 84 tonluq əriştə şorabası bişirilir. 
 
Maide.Az  “Tasnim” saytına istinadla xəbər veri rki,  artıq 20 ildir ki, hər il nəzr edən şəxslər və xeyriyyəçi qrumlar tərəfindən  Peyğəmbərin (s)  rehləti münasibətilə  Şirazda  əriştə şorabası bişirilir və  paylanılır. 
 
“20 il öncə nəzr etdiyimiz əriştə şorabasını  1 ton miqdarında bişirdik və  hər il şorabanın çəkisini artırdıq və hazırda çəki 84 tona çatıb. Şorabanın bişirilməsi üçün  3 min 200 kiloqram düyü,  100 kiloqram tərxun,  200 kiloqram mərci,  1800 kiloqram noxud,  2 min 500 kiloqram lobya və 500 kiloqram ət istifadə olunub”,-deyə nəzr şorabanı hazırlatdıran təşkilatın rəsmisi Əli İslami deyib. 
 
Onun sözlərinə görə, şorabanın hazırlanması prosesində  Əhli-beyt (ə) aşiqlərindən 1300  qadın və kişi  iştirak edir. “Artıq  əriştə şorabasının bişirilməsi üçün  hazırlıq işlərinə cümə axşamı günü başlanılıb və  bazar günü Peyğəmbərin (s) rehləti günü ehsanımız paylanılacaq”. 
 
Ə.İslami deyib ki,  bişirilmiş şoraba ehtiyaclı ailələrə,  qocalar evinə,  kimsəsiz şəxslərə,   xəstəxana və hərbi hissələrə paylanılır.  
 

Google+ WhatsApp ok.ru