Peyğəmbəri-Əkrəm (s) İmam Əlinin (ə) Ramazan ayında şəhadətə yetəcəyindən xəbər verir

Peyğəmbəri-Əkrəm (s) İmam Əlinin (ə) Ramazan ayında şəhadətə yetəcəyindən xəbər verir

Peyğəmbəri-Əkrəm (s) “Şəbaniyyə” xütbəsində mübarək Ramazan ayının fəzilət və əməllərindən danışarkən, Əmirəlmöminin Əli (ə) ayağa qalxıb: “Ey Allahın Rəsulu (s), bu ayda ən fəzilətli əməl nədir?” – deyə soruşduqda, o həzrət belə buyurur:
 
یا أبَا الحَسَنِ، أفضَلُ الأَعمالِ فی هذَا الشَّهرِ الوَرَعُ عَن مَحارِمِ اللّه ِعز و جل
 
“Ey Həsənin atası, bu ayda ən yaxşı əməl Allahın haram etdiyi işlərdən çəkinməkdir!”
 
Peyğəmbəri-Əkrəm (s) bu cümləni dedikdən sonra gözləri yaşarır. İmam Əli (ə) o həzrətin ağladığını gördükdə soruşur:
 
یا رَسولَ اللّه، ما یُبکیکَ؟
 
“Ey Allahın Rəsulu! Niyə ağlayırsınız?”
 
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 
یا عَلِیُّ، أبکی لِما یُستَحَلُّ مِنکَ فی هذَا الشَّهرِ، کَأَنّی بِکَ وأنتَ تُصَلّی لِرَبِّکَ، وقَدِ انبَعَثَ أشقَى الأَوَّلینَ وَالآخِرینَ، شَقیقُ عاقِرِ ناقَةِ ثَمودَ، فَضَرَبَکَ ضَربَةً عَلى فَرقِکَ (قَرنِکَ) فَخَضَّبَ مِنها لِحیَتَکَ
 
“Ya Əli! Ona görə ağlayıram ki, bu ayda sənə qarşı hörmətsizlik edəcəklər, sanki səni Allah dərgahında namaz qıldığın halda görürəm, dünyanın birinci və sonuncularının ən bədbəxti – “Səmud” (Saleh peyğəmbərin) tayfasına Allahdan tərəfindən göndərilən dəvəni öldürmək üçün arxasınca düşən şəxs kimi ayağa qalxıb başına qılınc zərbəsi vuraraq saqqalını al-qana boyayar.”
 
İmam Əli (ə) soruşur:
 
یا رَسولَ اللّه وذلِکَ فی سَلامَةٍ مِن دینی؟
 
“Ey Allahın Rəsulu (s)! O zaman dinimə sadiq olacağammı?”
 
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 
فی سَلامَةٍ مِن دینِکَ
 
“Bəli, o zaman sən dininə sadiq qalacaqsan.”
 
Bundan sonra Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) xitabən buyurur:
 
یا عَلِیُّ، مَن قَتَلَکَ فَقَد قَتَلَنی، ومَن أبغَضَکَ فَقَد أبغَضَنی، ومَن سَبَّکَ فَقَد سَبَّنی؛ لِأَنَّکَ مِنّی کَنَفسی، وَروحُکَ مِن روحی، وَطینَتُکَ مِن طینَتی. إنَّ اللّه ـ تَبارَکَ وَتَعالى ـ خَلَقَنی وإیّاکَ، وَاصطَفانی وَإیّاکَ، وَاختارَنی لِلنُّبُوَّةِ وَاختارَکَ لِلإِمامَةِ، وَمَن أنکَرَ إمامَتَکَ فَقَد أنکَرَنی نُبُوَّتی
 
“Ey Əli, səni öldürən şəxs həqiqətən məni öldürmüş, səni qəzəbləndirən məni qəzəbləndirmiş və səni söyən məni söymüşdür! Çünki sən mənim canımsan, ruhun ruhumla və zatın zatımla eynidir. Həqiqətən, Allah-Taala məni və səni yaradıb bəyənmiş, məni peyğəmbər, səni isə imam seçmişdir. Sənin imamətini danan, həqiqətən, mənim peyğəmbərliyimi danmışdır.”
 
یا عَلِیُّ، أنتَ وَصِیِّی، وأبو وُلدی، وزَوجُ ابنَتی، وخَلیفَتی عَلى اُمَّتی فی حَیاتی وبَعدَ مَوتی، أمرُکَ أمری ونَهیُکَ نَهیی
 
“Ey Əli (ə), sən mənım vəsim, övladlarımın atası və qızımın ərisən! Sağlığımda və vəfatımdan sonra ümmətim arasında xəlifəm və canişinimsən. Sənin hökmün mənim hökmüm və sənin qadağaların mənim qadağalarımdır.”
 
اُقسِمُ بِالَّذی بَعَثَنی بِالنُّبُوَّةِ وجَعَلَنی خَیرَ البَرِیَّةِ، إنَّکَ لَحُجَّةُ اللّهِ عَلى خَلقِهِ، وأمینُهُ عَلى سِرِّهِ، وَخَلیفَتُهُ عَلى عِبادِهِ.
 
“Məni peyğəmbərliyə seçib məxluqların ən yaxşısı qərar verən Allaha and olsun ki, sən Allahın əmrilə yaratdıqları üzərində höccəti (nümayəndəsi), Onun sirrinin əmanətdarı və bəndələri arasında xəlifəsisən.” (“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)
 
Tarixdə göstərilir ki, “Nəhrəvan” döyüşündən sonra “Xəvaric” adlı bir qrup Məkkədə yığıncaqlar təşkil edib, Nəhrəvanda ölənlər üçün matəm saxlayıb ağlayırdı. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası yoxdur. İslam hökumətini devirib qardaşlarımızı öldürənləri məhv etməliyik. Bu məqsədlə, öncə Әli (ə), Müaviyə və Әmr ibn Ası öldürmək lazımdır. Onları öldürmək üçün könüllülər tələb olunduqda, Əbdürrəhman ibn Mülcəm ayağa qalxıb imam Әlini (ə) öldürəcəyini, ondan sonra Әmr ibn Bəkri Təmimi Әmr ibn Ası öldürəcəyini, bir başqası da Müaviyəni öldürəcəyini öz öhdələrinə götürdülər.
 
Onların üçü də and içib mübarək Ramazan ayının 19-cu gününü planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri şəxslərin yaşadıqları şəhərlərə yollandılar. O iki nəfər işlərində müvəffəq olmasa da, amma İbn Mülcəm müvəffəq oldu.
 
İbn Mülcəm Kufəyə gəlib imam Әlinin (ə) düşmənləri ilə əlaqə yaradaraq, Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
 
Nəhayət, 40-cı hicri ilinin Ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan imam Әlinin (ə) başını zəhərli qılıncla yaraladı. Bununla da, o həzrət şəhadət yatağına düşdü, İslam dünyası matəmə qərq oldu. İmam Әlinin (ə) mehrabdakı “And olsun Allaha ki, artıq səadətə yetdim!” səsindən sonra Cəbrailin səsi yüksəldi: “And olsun Allaha, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.”
 
Camaat o həzrətin qatilini tutub imam Həsən Müctəbaya (ə) təhvil verdilər. İmam Əlinin (ə) yaralı bədənini isə öz evinə apardılar.
 
İmam Әli (ə) öz qatili barəsində oğlu Həsənə (ə) belə buyurdu: “Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin... Әgər diri qalsam, onunla necə rəftar edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.”
 
Nəhayət, o həzrət iki gündən sonra, Ramazan ayının 21-də, 63 yaşında ikən əbədiyyətə qovuşdu və Nəcəfi-Əşrəf şəhərində torpağa tapşırıldı.
 
Rza Şükürlü (Maide.az)
 

Google+ WhatsApp ok.ru