Peyğəmbərin (s) mövludu ərəfəsində Səna şəhəri rəngli işıqlarla bəzədildi - FOTO 27 Oktyabr 2020 09:20 Dünya Yəmənin paytaxtı Səna şəhəri İslam Peyğəmbəri, Həzrət Muhəmmədin (s) mübarək mövludu ərəfəsində rəngli işıqlarla bəzədilib. Maide.Az "ABNA"a istinadla xəbər verir ki, Yəməndə ötən gün həmçinin əzəmətli mövlud bayramında milyonlarla insan iştirak edib. Böyük meydanlar axışan xalq sevimli Peyğəmbərimizə (s) sevgilərini ifadə ediblər. Qeyd edək ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Teqlər : #Peyğəmbərin,#(s),#mövludu,#ərəfəsində,#Səna,#şəhəri,#rəngli,#işıqlarla,#bəzədildi,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda terror aktları törədilib, ölənlər var Karantindən istifadə edib Quranı əzbərlədi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO