PEYĞƏMBƏRİN “ULUL-ƏZM” OLMASI NƏ DEMƏKDİR?

PEYĞƏMBƏRİN “ULUL-ƏZM” OLMASI NƏ DEMƏKDİR?

-- “Ulul-əzm” peyğəmbərlər neçə nəfərdir və onların kitabları necə adlanır?

SUAL: “Ulul-əzm” peyğəmbərlər neçə nəfərdir və onların kitabları necə adlanır?

CAVAB: Şiə alimlərinin nəzərincə, bəşər tarixində 124 000 peyğəmbər olmuşdur. Onlardan 113-ü nübüvvət (peyğəmbərlik) məqamından əlavə, risalət, yəni fövqəladə məmuriyyətə də malik olmuşlar. Peyğəmbərlər arasında 5 nəfərin xüsusi imtiyazı və üstünlüyü vardır. Onlara “ulul-əzm” deyirlər. Ulul-əzm peyğəmbərlərin ayinləri bütün dünyaya aid olmuşdur, başqa sözlə, cahanşümul olmuşdur. Nuh, İbrahim, Musa, İsa, Muhəmməd (s) ulul-əzm peyğəmbərlərdir. İlahi kitablar sırasında isə “Nuhun səhifələri”, “İbrahimin səhifələri”, “Tövrat”, “İncil”, “Quran” dayanır. İlk dörd kitab zaman keçdikcə dəyişikliklərə məruz qalıb müqəddəsliyini itirsə də, Qurani-Kərim həzrət Peyğəmbərə (s) vəhy olunduğu zaman onun göstərişi ilə yazıya alınmış və dövrümüzədək artırılıb-əskildilmədən, təhrif olunmadan qorunmuşdur. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.147-148.) (Maide.az)

Google+ WhatsApp ok.ru