Peyğəmbərin şəhəri Mədinədə moda müsabiqəsi keçirilib

Peyğəmbərin şəhəri Mədinədə moda müsabiqəsi keçirilib

-- Ali-Səudun gözü qarşısında

İslamın ikinci müqəddəs şəhəri Mədinədə qadın geyimləri üzrə keçirilən moda müsabiqəsi ciddi etirazlara səbəb olub.
 
Maide.Az "İslaminsesi"-ə istinadən xəbər verir ki, həm Səudiyyə daxilində həm də bir çox müsəlman ölkələrində alimlər və dini-ictimai fəallar buna ciddi etiraz edib və Peyğəmbərin şəhərinin bu kimi işlərdən uzaq saxlanılmasını tələb ediblər.
 
Tünisli dini-ictimai xadim Məhəmməd əl-Haşimi əl-Hamidi öz twitter səhifəsində yazıb:
 
“Rəsmi şəkildə tələb edirəm ki, Ali-Səudun iki müqəddəs hərəmə rəhbərliyi onlardan alınsın. Bu necə düşüncədir ki, qadın fikri və ağlı ilə deyil, üryan çiyinləri və bədənləri ilə rəsmi moda yarışında bayram edir və ən dəhşətlisi bunu Peyğəmbərin şəhərində edir?!”
 

Google+ WhatsApp ok.ru