Piket baş tutub

Piket baş tutub

Oktyabrın 8-də müxalifət fəallarının paytaxt meriyasının qarşısında keçirdiyi mitinq qətnamənin oxunması ilə başa çatıb.
 
Qətnamədə hakimiyyətdən toplaşma azadlığının təmin edilməsilə bağlı beynəlxalq öhdəliklərə və ölkə konstitusiyasının normalarına əməl etmək tləb olunur.
 
Əsasən Bakıda və ölkənin digər şəhərlərində hakimiyyətin ilkin razılığı ilə təşkil edilən piketlərin, mitinq və yürüşlərin keçirilməsinə əngəl törətməməyə çağırış edilir. Heç kim etiraz aksiyalarında iştiraka görə həbs edilməməli, cərimə olunmamalı və işdən çıxarılmamalıdır.
 
Polis meriya və İqtisad Universitetinin arasında 50 nəfərə yaxın adamı sıxışdırıb, mətbuat işlərini ora buraxmayıb. Həmin adamların arasında müxalifətə aidiyyatı olmayanlar da olub. Piket zamanı bir neçə naməlum adam polis əməkdaşlarının yanında dayanaraq "İlham Əliyev, biz sizinləyik" yazılmış plakat qaldırıb. Bu, etirazçıların qəzəbinə səbəb olub, onlar plakatı cırıblar. Polis plakatı cıran iki müxalifətçini saxlayıb.
 
Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da Bakıda mitinq elan edib. /Turan/
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru