Pilotsuz uçan taksilər gəlir 24 Avqust 2016 01:00 Maraq dünyası «Airbus» şirkəti «City Airbus» adlanan uçan taksilər hazırlayır. «The Daily Mail»in yazdığına görə, sərnişinlər bu uçan cihazları smartfonları ilə çağıracaqlar. «Vahana» adlanan layihə çərçivəsində «Airbus» pilotsuz uçan cihazlardan bir şəbəkə hazırlayacaq. Bu şəbəkəyə bağlı taksilər şəhər içində sərnişinləri istədikləri yerə havayla aparacaqlar. Cihazları öncə pilotlar proqramlaşdırır, daha sonra öz-özünə uçurlar. Sərnişinlər mobil proqramla dronları sifariş edə biləcəklər. Şirkət sınaqlara 2017-ci ildə başlayacaq. Dronların enib qalxmasından ötrü xüsusi sahələrin yaradılacağı bildirilir.(azadliq.org) Teqlər : #Pilotsuz uçan taksilər gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kasıb balıqçı dünyanın ən böyük və bahalı mirvarisinə sahibdir – FOTO Həm təyyarə, həm ev - gələcəyin təyyarələri - VİDEO