Piyadanı öldürən avtobus sürücüsünə cinayət işi açıldı

Bakıda piyadanın avtobus tərəfindən vurulması hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
 
“Report”un xəbərinə görə, hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, hadisə martın 10-da baş verib. A.Mustafayev küçəsində Biləsuvar rayon sakini 36 yaşlı Nurəddin Salmanov 165 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu ilə piyada yolu keçən Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Esmiralda Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb./
 

Google+ WhatsApp ok.ru