Piylənmədən ən çox əziyyət çəkən insanlar bu ölkələrdədir

Piylənmədən ən çox əziyyət çəkən insanlar bu ölkələrdədir

ABŞ piylənmədən əziyyət çəkən insanların sayı baxımından ən yüksək olduğu ölkələr arasında ilk yerdədir.
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmasına görə, 15 yaşdan yuxarı amerikalıların 38.2%-i artıq piylənmədən əziyyət çəkir.
 
Proqnozlara görə bu nisbət 2030-cu ildə 45%-i keçəcək.
 
Siyahıda ikinci yerdə Meksika qərar tutub. Bu ölkədə piylənmə problemi ilə üzləşən vətəndaşların nisbəti 32.4% səviyyəsindədir. Meksikanı 30.7% ilə Yeni Zelandiya təqib edir.
 
Digər tərəfdən, ən sağlam ölkə isə Yaponiya qəbul olunub. Yaponların sadəcə 3.7%-i artıq çəki problemindən əziyyət çəkir. (deyerler) /

Google+ WhatsApp ok.ru