Piylənmədən əziyyət çəkirsinizsə MÜTLƏQ OXUYUN

Piylənmədən əziyyət çəkirsinizsə MÜTLƏQ OXUYUN

Hələ qədim zamanlardan insanlar xalq təbabəti vasitələri ilə bir çox xəstəlikləri müalicə edib. Loğmanların hazırladıqları təbii cövhərlər, həlimlər, içkilər, təpitmələr insanlara şəfa veribdir. Elə bu gün də, hətta inkişaf etmiş ölkələrdə belə insanlar xalq təbabəti vasitələrindən geniş istifadə edir.
 
Maide.İnfo Modern.az-a isitnadən sağlamlıqla bağlı növbəti yazıda xalq təbabəti vasitələrinin biri, qoz və srirtdən hazırlanmış cövhər haqqında bilgiləri təqdim edir.
 
Bu cövhəri hazırlamaq üçün 30-40 ədəd qoz hələ yetişməmiş vaxtı, yaşıl rəngdə olanda ağacdan yığılmalıdır. Çalışmaq lazımdır ki, qozun üzərindəki yaşıl qabıq tam quru yox, bir az yumşaq olsun. Yəni həmin dövrü gözləmək lazımdır. Qoz yığılan gün (səhərisi günə saxlanılmamalıdır) xırda-xırda doğranılır, tünd rəngli şüşə qaba tökülür və üzərinə 1 litr araq əlavə olunur. Sonra şüşə qabın ağzı kip bağlanılaraq 14 gün qaranlıq yerdə saxlanılır.
 
Cövhər gün ərzində 3 dəfə yeməkdən sonra 1 xörək qaşığı qəbul edilir.
 
Bu cövhərin hazırlanmasının digər bir üsulu da var. Eyni miqdarda yaşıl qoz xırda doğranıldıqdan sonra üzərinə 70-80 faizlik spirt əlavə olunur. 2 sutka qaranlıq yerdə saxlanıldıqdan sonra süzülür və üzərinə 1:1 nisbətində, yəni eyni miqdarda təmiz su əlavə edilir, 30 qram bal da əlavə olunaraq qarışdırılır.
 
Bu cövhər gün ərzində yeməkdən qabaq 3 dəfə 1 çay qaşığı qəbul edilir.
 
Qoz və spirtdən hazırlanmış cövhərin orqanizmə hansı faydaları var?
1. Qalxanabənzər vəzin fəaliyyətinə müsbət təsir göstərir
2. Piylənmədən əziyyət çəkənlər üçün olduqca effektlidir
3. Maddələr mübadiləsini qısa müddət ərzində tənzimləyir
4. Stressi, əsəb gərginliyi olanlar üçün xeyirlidir
5. Anemiya üçün təbii vasitədir
6. Bioaktiv yod çatışmazlığı zamanı faydalıdır
7. Ürək xəstəlikləri və onların profilaktikası üçün ən yaxşı vasitələrdən biridir
8. Qan təzyiqini normada saxlayır
9. Qan dövranını yaxşılaşdırır
10. Orqanizmin immun sistemini gücləndirir

Google+ WhatsApp ok.ru