“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169

İmаm Hәsәn (ә) buyurur : «Hәr kәs Аllаhın qulu оlsа, Аllаh-tәаlа hәr şеyi оnа qul vә müti еdәr.»




Planeti bu 7 yolla xilas edə bilərsən

Tarix : 08-08-2018 15:20

Əsrlər boyu şəhərlər havanın çirklənməsilə mübarizə aparmağa çalışıb.
 
1950-ci illərdə Londonun havasındakı his və tüstü minlərlə şəhər sakinin ömrünü qısaldıb.
 
O vaxtdan bəri havanın təmizlənməsi üçün xeyli işlər görülüb, lakin London Avropanın havası ən çirkli olan şəhərlərindən biri olaraq qalır.
 
Britaniya höküməti deyir ki, havanın çirklənməsi əhalinin sağlamlığı üçün hələ də başlıca risk mənbəyi olaraq qalmaqdadır - xərçəng, piylənmə və ürək xəstəliklərindən sonra.
 
Nəfəs aldığımız havanın keyfiyyətini yüksək saxlamaq üçün daha nə etmək olar?
 
1. Səyahət etməyin fərqli üsulları
 
Siz atmosfer tullantılarını azaltmaq üçün, yola çıxarkən avtomobilinizi evdə qoyub gedə bilərsiniz.
 
London meri əhalini ictimai nəqliyyatdan, velosipedlərdən istifadə etməyə, piyada gəzməyə həvəsləndirməyə çalışır - bəs görəsən, siz öz şəhərinizdə nə edə bilərsiniz?
 
Londonda eləcə də, şəhərin mərkəzi üçün £10 (22 AZN) məbləğində yeni "Toksiklik rüsumu" tətbiq edilir.
 
Bu rüsum əsasən qeydiyyatı 2006-cı ilədək olan dizel və benzinlə işləyən nəqliyyat vasitələrinə şamil olunur.
 
2. Emissiyanızı yoxlayın
 
Növbəti dəfə avtomobil almağa yollananda və ya avtmobilinizi texniki baxışdan keçirəndə maşınınızın emissiya əmsalını yoxlayın.
 
Əmsal nə qədər aşağıdırsa, ətraf mühit üçün o qədər yaxşıdır.
 
İngiltərədə dizel maşınlarının satışı təxminən 40 faiz azalıb, hökümət isə bildirir ki, dizel mühərrikiylə işləyən yeni avtomobillərin və mikroavtobusların satışı 2040-cı ildə dayandırılacaq.
 
Beləliklə, avtomobiliniz nə qədər təmizdirsə, bu. o qədər yaxşıdır, hələ əlavə pul da qənaət edərsiniz..
 
3. Elektrik mühərriklər
 
Siz elektrik mühərrikli maşının alınması barədə də düşünə bilərsiniz.
 
Bütün dünyada qarşıda gələn onilliklər ərzində küçələrə daha çox elektrik mühərrikli avtomobillərin çıxacağı gözlənilir.
 
2040-cı ildən sonra Britaniyada dizel və benzinlə işləyən yeni maşınlar satışdan yığışdırılacaq, bundan daha 10 il sonra isə, gözlənilir ki, bütün maşınlar elektrik mühərrikli olacaq.
 
ABŞ-da satılan bütün elektrik mühərrikli maşınların təxminən yarısı Kaliforniya ştatı tərəfindən alınır - hazırda Kaliforniyada təxminən 340 000 ədəd elektrik mühərrikli avtomobil var.
 
Kaliforniya ştatı bu rəqəmi 2015-ci ildə 1,5 milyona çatdırmaq niyyətindədir.
 
4. Şərikli avtomobil
 
Atmosferə karbon tullantılarını azaltmaq üçün dünyanın bir çox yerlərində avtomobildən şərikli istifadə təcrübəsi yer almaqdadır.
 
Avtomobildən şərikli istifadəni təklif edən şirkətlər də mövcuddur.
 
Bu üsul daha ucuz və daha təmiz səyahat etmə imkanları açır.
 
Mümkündür ki, bu üsulla səyahətə çıxanların sayı gələcəkdə getdikcə artsın.
 
ABŞ-da isə avtomobil yollarında şərikli əsasda hərəkət edən avtomobillər üçün hətta ayrıca zolaqda ayrılıb, odur ki, avtomobil tıxaclarında ilişib qalmaq riski bu avtomobillər üçün daha aşağıdır.
 
5. Özünüz enerji istehsal edin
 
Evinizin damında günəş batareyasıının qurulması barədə düşünmüsünüzmü?
 
Bir dəfə xərc çəkib onu qurandan sonra bu batareya uzun müddət ərzində enerji xərclərinizə qənaət etməyə imkan verəcək.
 
İstifadə etdiyinizdən daha çox enerji istehsal etdiyinizdə isə, əlavə enerji şəbəkəyə qaytarıla bilər, buna görə isə sizə əlavə mükafatlandırıcı ödəniş də düşəcək.
 
6. Evdə batareyalar
 
Əgər sizin elektrik mühərrikli maşınınız varsa, bu o deməkdir ki, enerji ehtiyatına da maliksiniz.
 
Gələcəkdə enerji şirkətləri elektrik mühərrikli avtomobillər üçün enerjinin alqı-satqısını nəzərdə tutan V2G texnologiyasından istəfadə edəcəklər.
 
Belə ki, avtomobil sahibi batareyasını doldurmaqla, yəni enerji almaqla yanaşı, onu lazım olmayanada yenidən şəbəkəyə qaytararaq sata bilər.
 
Kaliforniyada yeni evlər müştərilərə günəş batareyaları və elektrik mühərrikli avtomobillərin doldurulması avadanlığı ilə təchiz olunmuş vəziyyətdə təklif olunur.
 
7. Evinizdəki enerjiyə qənaət
 
Dünya boyu hər bir ailənin enerji xərcləri artmaqdadır.
 
Təkcə Britaniyada enerji xərcləri son 10 il ərzində təxminən 2 dəfə artıb.
 
Xərclərin nəzarətdə saxlanmasının ən səmərəli yolu enerji sərfiyyatını daha dəqiq ölçən "smartmetrlərin" quraşdırılmasıdır.
 
Lakin pula qənaət etmək üçün digər yollar da var.
 
Siz enerji satan şirkətlər arasında seçim edə bilərsiniz, qapı-pəncərələnizdən istiliyin bayıra sızmaması üçün çərçivələrin izolyasiyasını gücləndirə bilərsiniz.
 
Televizorunuz və ya digər eletrik cihazlarınız "standby" vəziyyətindədirsə, bu, illik elektrik enerjisinə xərclərinizi təxminən $30-dək (51AZN) artıra bilər.
 
Odur ki, eletrik cihazlarınızı işlətməyəndə tam söndürməyi yaddan çıxarmayın - pulunuza qənaət edin, planetimizni xilas edilməsində iştirak edin. (bbc)


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:27