Plastik güllə istifadəsi ağır yaralanmalara və hətta ölümlərə səbəb olur

Plastik güllə istifadəsi ağır yaralanmalara və hətta ölümlərə səbəb olur

-- plastik güllə nəticəsində xəsarət alan hər 100 nəfərdən 3-ü ölüb

İngiltərədə yayımlanan bir araşdırma, ictimai hadisələrə müdaxilədə plastik güllə istifadəsinin ağır yaralanmalara və hətta ölümlərə səbəb olduğunu müəyyən edib.
 
Maide.Az "BBC"-ə istinadən xəbər verir ki, mütəxəssislər təhlükəsizlik qüvvələrini plastik güllə istifadəsinə son verməyə çağırıb.
 
Aralarında Türkiyənin də olduğu bir çox ölkədə toplanan məlumatların təhlil olunduğu hesabata görə, dünya miqyasında plastik güllə nəticəsində xəsarət alan hər 100 nəfərdən 3-ü ölüb.
 
ABŞ mərkəzli tədqiqatçılar işğalçı Türkiyə, Fələstin, ABŞ, Hindistan, Şimali İrlandiya, İsveçrə və Nepalda 1990-2017-ci illərdə plastik güllə müdaxiləsində yaralanan, xəsarət alan və ölənlərlə bağlı səhiyyə hesabatlarını təhlil edib.
 
Araşdırmaya görə, bu müddət ərzində yaralanan 1984 nəfərdən 53-ü plastik güllə nəticəsində ölüb.  Ölüm nisbəti 3 % olaraq verilərkən, ağır yaralananların sayının da 71 % olduğu bildirilib.
 
Birbaşa plastik güllə nəticəsində yaralananlar arasında daimi əlillik diaqnozu qoyanlar isə 15,5 %-dir.
 
Tədqiqatda, bəzi yaralanmaların qəsdən birbaşa hədəf alınma nəticəsində baş vermədiyi qeyd edilir.
 
İnsan Hüquqları Üçün Həkimlər (Physicians for Human Rights) ilə bir çox qeyri-hökumət təşkilatınıdan ibarət olan Beynəlxalq Mədəni Azadlıqlar Şəbəkəsinin (INCLO) birgə apardığı araşdırma Böyük Britaniyanın tibb jurnalı "British Medical Journal"da dərc olunub.
 

Google+ WhatsApp ok.ru