Plastik qablardakı məhsullar artan xəstəliklərdə rolu varmı?

Azərbaycan istehlakçısına təqdim edilən xamanın plastik qabları təhlükəli hesab edilən və həyatımızdan çıxarılması tövsiyə olunan növdəndir. Azərbaycanda istehsal olunan bütün xamalar 06 və ya 6 ilə nömrələnmiş PS - polistirol plastiki ilə qablaşdırılıb. Halbuki PS - polistirol tərkibindəki stirolun ayrıla bilməsi səbəbindən polivinilxloriddən - PVC-dən sonra ikinci təhlükəli plastik hesab olunur. Ekspertlər bu kimi, hallarla kəskin mübarizə aparılmalı olduğunu vurğulayıb.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, plastik qablardan bir çox ölkələrdə birmənalı olaraq imtina edilib: "Dünya ölkələrinin 70%-də, o cümlədən Azərbaycanda plastik qablardan geniş istifadə olunur. Plastik qablar əslində arzuedilən qablar hesab edilmir. Bu baxımdan, Azərbaycanda bu məsələ ilə məşğul olan bir komissiya yaradılıb. Azad İstehlakçılar Birliyi bu komissiyanın üzvüdür.
 
İlk olaraq plastik qablar ətraf mühiti ciddi şəkildə çirkləndirirlər. Digər tərəfdən, günəş qarşısında qaldıqda, əzildikdə və üstündə çatlar əmələ gəldikdə insanın hiss etmədiyi kimyəvi maddələr məhsulun təkibinə daxil olur. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, plastik qablara uzun müddət saxlamaq üçün yarpaq qoyurlar və üstünə kimyəvi maddə də tökürlər. Yaradılan komissiyada bu məsələ ilə bağlı mütəmadi müzakirələr aparılır ki, getdikcə Azərbaycan da plastik qablardan imtina etsin. Onu da bilmək lazımdır ki, plastik qablardakı məhsullardan zəhərlənmə halları tədricən gedən proseslərdir. Apteklər şəbəkəsinin günü-gündən artmasında düşnürəm ki, plastik qabların da rolu var.
 
Qastroenteroloq İnvaziv Endoskopist Tərlan Qasımıv Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki,plastik qablar əslində birdəfəlik istifadə üçün nəzərdə tutulub: "Plastik qabların əksəriyyətinin tərkibində xüsusi zərərli toksiki maddələr var. Onlar əsasən ürək xəstəliyi riskini, ikinci tip şəkərli diabet riskini artırır. Eyni zamanda, insana kanserogen təsiri var, yəni şiş əmələ gətirmə riski yaradır. Plastik qablar əslində birdəfəlik istifadə üçün nəzərdə tutulub. Bu qaydaya mütləq riayət edilməlidir. Yeni doğulan uşaqlara da yeməyi, südü plastik qablarda verməkdən qəti olaraq çəkinmək lazımdır. Digər tərəfdən, turşuları da adətən böyük plastik qablarda saxlayırlar. Həmin türşu plastik qabın divarını aşındıraraq toksiki maddələri məhsulun təkibinə keçirdir. Bu kimi, hallara da qəti yol vermək olmaz.

Google+ WhatsApp ok.ru