Plastik tullantılar siyahısında `Koka-Kola` ilk sıradadır

Plastik tullantılar siyahısında `Koka-Kola` ilk sıradadır

Dünyanın ən böyük sərinləşdirici içki şirkəti olan "Koka-Kola" ən böyük plastik çirkləndiricilər sırasında 2 ildir ardıcıl ilk sırada yer alıb.
 
Bu, "Greenpeace" beynəlxalq ekologiya təşkilatının "Plastikdən xilas olun" adlı kampaniyası çərçivəsində 51 ölkədə 484 təmizlik işində toplanan 476 min 423 parça plastik tullantıların nəticəsinə görə açıqlanan hesabatında qeyd edilib.
 
"Greenpeace" hesabatında dünyanın müxtəlif guşələrindən əldə edilən nümunələrlə ən çox plastik çirkliliyə yol açan şirkətlərin müəyyən edildiyi bildirilərək, 200-dən çox ölkə və regionda təqdim etdiyi 500-dən artıq marka ilə dünyanın ən böyük içki istehsalçısı olan "Koka-Kola", 11 min 732 plastik tullantıyla ən böyük plastik çirkləndiricilər arasında ilk sırada göstərilib.
 
"Koka-Kola"nı "Pepsico" və "Nestle" təqib edir. Plastik çirklilikdə ilk 10-luqda yer alan digər beynəlxalq şirkətlər isə "Mondelez International", "Unilever", "Mars", "P&G", "Colgate-Palmolive", "Filip Morris" və "Perfetti Van Melle" olub.
 
Hesabatda qeyd edilir ki, bir çox şirkət məhsullarını daha uzunmüddətli istifadə edilən qablarda təqdim edəcəkləri öhdəliyi götürmələrinə baxmayaraq, biznes modellərini böyük həcmdə dəyişdirməyiblər və təbiəti sözügedən plastik tullantılarla üzbəüz qoyublar.
 
Dünyada Çin, Filippin, İndoneziya, Şri-Lanka və Vyetnamda okeanlara ən çox plastikin atıldığına işarə edilən hesabatda, "Asiyadakı plastik çirklənmənin əsas hərəkətverici qüvvələri əslində mərkəzi Avropa və ABŞ-da yerləşən beynəlxalq şirkətlərdir", - deyə bildirilir. /FaktXəbər
 

Google+ WhatsApp ok.ru