Polşada minlərlə müəllim etiraz aksiyası keçirir

Polşada minlərlə müəllim etiraz aksiyası keçirir

Polşanın paytaxtı Varşavada minlərlə müəllim etiraz aksiyası keçirir.
 
Maide.Az "Trend"ə istinadən xəbər verir ki,  müəllimlər əmək haqlarının artırılmasını, eləcə də məktəblərin normal avadanlıqlarla təmin olunmasını tələb edir.
 
Qeyd olunur ki, müəllimlər iki həftə əvvəl müddətsiz tətilə başladıqlarını elan edib.
 
Həmkarlar təşkilatı yaxın zamanlarda tətilin davam edib-etməyəcəyi barədə qərar verəcəyini deyib.
 
Müəllimlər əmək haqlarının 260 dollar artırılmasını tələb edir. Eyni zamanda Polşa məktəblərində imtahanların başlaması vəziyyəti bir qədər də gərginləşdirir.
 

Google+ WhatsApp ok.ru