Polşada qasırğa 17 min sakini işıqsız qoyub

Polşada qasırğa 17 min sakini işıqsız qoyub

Polşanın mərkəzi hissəsindəki Lodz əyalətində qasırğa ciddi fəsadlara səbəb olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsinə 17 mindən çox sakin işıqsız qalıb. 20-dən çox tikiliyə ziyan dəyib.
 
Əyalət ərazisində Jivets-Vengerska Qora dəmiryol marşrutu üzrə hərəkət dayandırılıb.
 
Bölgə rəhbərliyinin məlumatına əsasən sakinlər 570 dəfə xilasedicilərə müraciət ediblər.
 

Google+ WhatsApp ok.ru