Polis: 7 min mokib və xidmət qrupu Ərbəin zəvvarlarına xidmət göstərəcək

Polis: 7 min mokib və xidmət qrupu Ərbəin zəvvarlarına xidmət göstərəcək

 
Ərbəin zəvvarlarına xidmət göstərmək üçün 7 min mokib (xidmət zonası) və xidmət qrupu Kərbəla şəhər polisində qeydiyyatdan keçib.  
 
Maide.Az “iraqakhbar.com”-a istinadən xəbər verir ki,  bunu Kərbəla əyalətinin Baş Polis İdarəsi elan edib. 
 
Məlumata görə, zəvvarlara xidmət göstərəcək mokib və xidmət qrupları Kərbəla əyaləti üzrə polis və təhlükəsizlik qüvvələrinin hazırladığı  xüsusi təlimatları yerinə yetirməli və  təhlükəsizliyin təmini üçün polislə əməkdaşlıq etməlidir. 
  
Təlimatlarda təhlükəsizlik qüvvələrinin verdiyi göstərişləri yerinə yetirmək, şübhəli hallar gördükdə dərhal bu barədə aidiyyəti üzrə xəbər verməyin zəruriliyi vurğulanıb. 
 
Həmçinin əhalinin toplaşdığı məkanlarda, küçələrdə gediş-gəliş üçün şərait yaratmaq, təmizliyə riayət etmək, namaz vaxtında insanların namaz qılması üçün yerlər hazırlamaq da xidmətçilərdən istənilib.
 

 

Google+ WhatsApp ok.ru