Polis 15 mart mitinqinin təhlükəsizliyinə təminat verdi

Milli Şuranın 15 mart mitinqi ilə bağlı aksiyanın təşkilatçıları kimi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Onlarla İdarənin rəis müavini Səhlab Bağırov görüşüb.
 
Fuad Qəhrəmanlının azadliq.info-ya bildirdiyinə görə, rəis müavini 15 mart mitinqinin tam təhlükəsiz və normal şəraitdə keçməsi üçün lazım olan bütün tədbirləri görəcəyini deyib. Təşkilatçılardan da aksiya zamanı hər hansı qanunsuz hərəkətə imkan verməmələri istənilib. Təşkilatçılar mitinqin qanun çərçivəsində keçməsinə nəzarət edəcəklərini bildiriblər. azadliq /
 

Google+ WhatsApp ok.ru