Polis əməkdaşları şəhid atasını döyüblər - Foto

Biləsuvarda məskunlaşmış Cəbrayıldan məcburi köçkün, şəhid atası, 1936-ci il təvəllüdlü Əhməd Süleymanov “Bizim Yol”a müraciət edərək, polis əməkdaşı tərəfindən döyüldüyünü bildirib: “Biləsuvarda məcburi köçkünlər üçün 11 qəsəbə salınıb. Mən 2 saylı qəsəbədə, 309 nömrəli evdə yaşayıram. Hadisə 4 saylı qəsəbənin yolunda baş verib. Belə ki, şəxsi avtomobilimlə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş verdi.  Əraziyə Cəbrayıl rayonunun polisləri gəldi. Mən polisdən tələb etdim ki, maşınlar tərpədilməsin, eskpertlər gəlib məsələni araşdırsın. Mənim bu tələbim Tofiq adlı polisin xoşuna gəlmədi. O, mənim boynumu burdu, digər polis isə məni təpiklədi. Sonra məni post-patrul maşınına saldılar. Burda da mənə işgəncə verildi. Məni Cəbrayıl Rayon Polis Şöbəsinə gətirdilər”.
 
Hazırda  səhhətinin ağır olduğunu bildirən şikayətçi evdə müalicə aldığını qeyd etdi: “Səhhətimin ağır vəziyyətdə olması ilə bağlı həkim mənim hərəkət etməyimə icazə vermir. Biz Cəbrayılın deputatı Astan Şahverdiyevin qardaşı, polis rəisi Araz Şahverdiyevin qəbulunda olduq. Polis əməkdaşlarının səlahiyyətini aşması barədə tədbir görülməsini xahiş etdik. Rəisin xahişimizə cavabı “get, şikayət et” oldu. Biz də Cəbrayıl rayon prokurorluğuna şikayət etmişik”.
 
Polis əməkdaşları şəhid atasını döyüblər  - FOTOLAR

Google+ WhatsApp ok.ru